Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Venesuela OPEC-ə hasilatı 4 dəfə çox azaltmağı təklif edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Venesuela OPEC-ə hasilatı 4 dəfə çox azaltmağı təklif edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Venesuela OPEC təşkilatının üzvü olan ölkələrə neft hasilatını 4 dəfə daha çox, 5 mln. barel/gün azaltmağı təklif edib. 

 

Reklam_3_11

""The Wall Street Journal" xəbər verir ki, hazırda OPEC ölkələri neft hasilatını gündəlik 1,2 mln. barel azaltmağı öhdəlik kimi qəbul edib. Bu saziş OPEC-in 30 noyabr 2016-cı ildə Vyanada keçirilən sammitində imzalanıb.

 

Venesuelanın qüvvədə olan sazişə əsasən neft hasilatını azaltmaq barədə öhdəliyi gündəlik 95 min barel olsa da, aprel ayında hasilatı 116 min barel/gün azaldaraq 1,956 mln. barel/günə salıb.

 

Venesuelanın PVDSA dövlət neft-qaz şirkətindən bildirilib ki, rəsmi Karakasın bu təklifi hələlik OPEC tərəfindən dəstəklənməyib.

 

Qeyd edək ki, "Bloomberg" agentliyinin bir qədər əvvəl yaydığı məlumata görə, OPEC üzvü olan ölkələr mayın 24-25-də Vyanada keçiriləcək növbəti sammitdə nəinki neft hasilatının azaldılması barədə anlaşmanın uzadılmasını, hətta hasilatın bir qədər radikal şəkildə azaldılmasını müzakirə edə bilər. 

 

© Report

13.05.2017 12:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ