Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İdxal edilən yeni balıq növlərinə sərt nəzarət tətbiq olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdxal edilən yeni balıq növlərinə sərt nəzarət tətbiq olunacaq

 

İqlimləşdirmə üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıqlardan istifadəyə yol verilməyəcək, balıqlar öncə karantin təcridxanalarında saxlanacaq

 

Nazirlər Kabineti “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nı təsdiq edib.

 

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi  balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılmasını nəzərdə tutur.

 

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi akvakulturanın tərkib hissəsidir  və balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədini daşıyır. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi  ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, qorunması, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan və bu işlərin aparılması üçün müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər (balıqçılıq subyektləri) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırma çərçivəsində həyata keçirilir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işlərini əhatə edən bioloji və texnoloji əsaslandırmanın qeydiyyatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən və tərkibində bu nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən nümayəndələrindən ibarət  Elmi-Texniki Şurasının qərarı əsasında aparılır. Təbii balıqçılıq su obyektlərinə onların çıxışının maneələrlə məhdudlaşdırılmadığı şəraitdə (açıq şəraitli akvakultura) balıq və digər su bioresurslarının iqlimləşdirilməsinin həyata keçirilməsinə yol verilmir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının təbii balıqçılıq su obyektlərində olan aborigen növlərinın populyasiyasının vəziyyətinə və onların məskunlaşdığı mühitə, miqrasiya və çoxalma şəraitinə mənfi təsir göstərməməlidir. Xəzər dənizində balıq və digər su bioresurslarının iqlimləşdirilmənin həyata keçirilməsi ilə əlaqədar bioloji və texnoloji əsaslandırma qeydiyyata alınarkən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmalıdır. Xəzər dənizində iqlimləşdirilmə məqsədi ilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir.

 

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadəyə yol verilmir. Balıqçılıq subyektləri balıq və digər su bioresurslarının iqlimləşdirilmə məqsədi ilə su obyektlərinə buraxılması tədbirlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə  qurumlarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirirlər. Balıqçılıq subyektləri tərəfindən iqlimləşdirilmə məqsədi ilə yetişdirilmiş və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq idxal edilmiş canlı balıq, mayalanmış kürü və digər su bioresursları qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırmada müəyyən olunmuş karantin balıqçılıq təsərrüfatı təcridxanalarında (hovuzlarında, qurğularında və digər uyğunlaşdırılmış yerlərdə) saxlanılmalıdır və balıqçılıq subyektinin karantin balıqçılıq təsərrüfatı təcridxanalarından digər balıqçılıq su obyektlərinə (onların bir hissəsinə) köçürülməsi baytarlıq-sanitariya nəzarəti altında həyata keçirilir. İqlimləşdirilmə məqsədi ilə Azərbaycana idxal edilmiş  balıq və digər su bioresursları karantin təcridxanalarında bioloji tələbatları və biotexnoloji xüsusiyyətləri nəzərə alınmaqla saxlanılır. Müxtəlif növdən və yaşdan, müxtəlif vaxtlarda müxtəlif ölkələrdən gətirilmiş balıq və digər su bioresurslarının karantin balıqçılıq təsərrüfatı təcridxanalarında birlikdə saxlanmasına yol verilmir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti öz səlahiyyət istiqamətlərinə uyğun balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının iqlimləşdirilməsini aşağıdakı hallarda məhdudlaşdırırlar:

 

- bioloji və texnoloji əsaslandırma və ekoloji təhlükəsizlik üzrə tələblər pozulmaqla balıq və digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirildikdə;

- iqlimləşdirilmə obyektlərinin baytarlıq-sanitariya və sanitar-epidemioloji norma və qaydalarının pozulması ilə daşınması müəyyən edildikdə və bioloji və texnoloji əsaslandırmada  müəyyən olunmamış balıqçılıq su  obyektlərinə buraxıldıqda;

- bioloji və texnoloji əsaslandırmada  müəyyən olunmayan təbii su obyektlərinə balıq və digər su bioresurslarının iqlimləşdirilmiş növlərin düşməsi təhlükəsi yaradıldıqda;

- balıq və digər su bioresurslarının iqlimləşdirilməsi nəticəsində su obyektinin vəziyyəti təbii mühitə və insan sağlamlığına təhlükə doğurduqda;

- balıq və digər su bioresurslarının iqlimləşdirilməsi çərçivəsində təbii su obyektlərinə axıdılan suyun ekoloji və sanitariya normalarına uyğun olmadığı müəyyən edildikdə;

- balıqçılıq subyektlərinin fəaliyyəti nəticəsində iqlimləşdirilən balıq və digər su bioresursları kütləvi məhv olunduqda.

 

İqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektlərinə daşınması zamanı istifadə edilən qablardakı su balıqçılıq su obyektləri ilə əlaqəsi olmayan yerlərə boşaldılmalıdır.

 

© APA

15.05.2017 05:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ