“Şəmkir Aqropark”ı açılışa hazırlaşır
Ümumi sahəsi 604 hektar olan “Şəmkir Aqropark”ın qısa zamanda istifadəyə veriləcəyi gözlənilir.
“Marja” xəbər verir ki, açılışına qısa müddət qalmış “Şəmkir Aqropark”da yaradılmış imkanlardan istifadə edilməsi ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, “Şəmkir Aqropark”ın rəhbərliyi, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Çıxış edənlər “Şəmkir Aqropark”ın yaradılması ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərinin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılacağına səbəb olacağını bildiriblər.
Bu yeni xidmət müəssisəsi regionda fermerlərin sahibkarlıq fəaliyyətini gücləndirməklə onlara məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq. Aqroparkın təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək.
“Şəmkir Aqropark” bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir. O, regional kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin yaradılması, istehsalçı, emalçı və istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında mühüm rol oynayır.
Geniş tərkibdə keçirilən tədbirdə “Şəmkir Aqropark”a yeni işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı aidiyyəti şəxslərin məlumatlandırılması üçün müvafiq göstərişlər verilib.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayında Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
2 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
3 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb