Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankının 3,3 milyard dollar xarici borcu dövlətə ötürülə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankının 3,3 milyard dollar xarici borcu dövlətə ötürülə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankının təxminən 3,3 milyard dollar xarici borcu dövlətə ötürüləcək.

 

“The Wall Street Journal” bildirir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankı (ABB) Nyu-Yorkda məhkəməyə ərizə ilə müraciətində bildirilib.

 

Qeyd edək ki, Beynəlxlaq Bank xarici borcları üzrə ödənişlərini dayandırıb. Azərbaycanın ən böyük bankının böyük ziyan düşməsinin səbəbi kimi Manatın devalvasiyası göstərilir.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yolu ilə bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlanılıb.

 

Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında 12 may 2017-ci il tarixində ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

 

Diqqəti cəlb edən Beynəlxalq Bankın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsidir. Bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur.

 

ARTIQ 12 MİLYARD MANATDAN ÇOX YARDIM EDİLİB

 

Bunu da qeyd edək ki, artıq Beynəlxalq Bankın 9,93 milyard manat dəyərində toksik aktivi dövlət tərəfindən (Mərkəzi Bank) alınmış, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard ABŞ dolları və 70 milyon manat həcmində depozit yerləşdirilmişdir.

15.05.2017 08:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ