Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bank Salyanda məktəblilər üçün viktorina keçirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank Salyanda məktəblilər üçün viktorina keçirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İdman, mədəniyyət, təhsil və s. bu kimi sahələrin inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət layihələrini regionlarda da davam etdirir.

 

Belə regional layihələrdən biri də Salyan rayonunda həyata keçirilib.

 

Bankın Salyan şöbəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində rayondakı 1 saylı məktəbin bir qrup şagirdi üçün bank xidmətləri mövzusunda maarifləndirici tədbir təşkil edib.

 

Məktəblilərə əvvəlcə, ümumilikdə, bank fəaliyyəti və ölkəmizin ən aparıcı bankı kimi Azərbaycan Beynəlxalq Bankı haqqında məlumat verilib. Daha sonra şagirdlər arasında bankçılıq haqqında sualları əhatə edən viktorina keçirilib. 1, 2 və 3-cü yerin qaliblərinə mükafatlar təqdim olunub. Eyni zamanda, tədbirdə iştirak edən bütün şagirdlərə Azərbaycan Beynəlxalq Bankının Yeni il hədiyyələri verilib. Uşaqların fərdi inkişafına, bank-maliyyə sahəsində bilik əldə etməsinə kömək göstərən bu cür tədbirləri Azərbaycan Beynəlxalq Bankı gələcəkdə də davam etdirmək niyyətindədir.

 

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

22.12.2016 08:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ