Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda neft hasilatı 10 faizə yaxın azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda neft hasilatı 10 faizə yaxın azalıb

2017-ci ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz az sənaye məhsulu istehsal edilmişdir.  Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8 faiz artmış, neft sektorunda isə 7,5 faiz azalmışdır.

 

Reklam_3_11

Sənaye məhsulunun 70,5 faizi mədənçıxarma sektorunda, 23,8 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalmışdır.

 

SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!

 

Emal sektorunda qida məhsullarının istehsalı 3,7 faiz, içkilərin istehsalı 39,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,7 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6 faiz, tikinti materiallarının istehsalı 44,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 faiz, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5 faiz, mebel istehsalı 47,9 faiz artmış, tütün məmulatlarının istehsalı 49,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,4 faiz, kağız və karton istehsalı 2,8 faiz, poliqrafiya məhsullarının istehsalı 60,7 faiz, hazır metal məmulatlarının istehsalı 29,5 faiz, maşın və avadanlıqların istehsalı 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalmışdır.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2 faiz azalmışdır.

15.05.2017 10:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ