Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bank restrukturizasiya ilə bağlı yeni xəbər yaydı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank restrukturizasiya ilə bağlı yeni xəbər yaydı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xarici öhdəliklərin restrukturizasiyası prosesi “ABB-Moskva” və “ABB-Gürcüstan”-a aid olmayacaq

 

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesi Bankın törəmə müəssisələri olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva”-nın (ABB-Moskva) və “Azərbaycan Beynəlxalq Bankı -Gürcüstan”ın (ABB-Gürcüstan) fəaliyyətinə aid olmayacaq.

 

SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!

 

Bankın mətbuat xidmətindən "Marja"ya verilən məlumata görə, adı çəkilən törəmə müəssisələr xarici öhdəliklərə malik deyil. Bu banklar Rusiya və Gürcüstan dövlətlərindən alınmış müvafiq lisenziya əsasında həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bu ölkələrin mərkəzi banklarının qəbul etdiyi bütün normativlərə əməl edir. Hər iki törəmə bankın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın mərkəzi banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır.

 

Hazırda həm “ABB – Moskva”, həm də “ABB-Gürcüstan” universal bank olaraq bu ölkələrin ən aparıcı maliyyə-kredit təşkilatı sırasına daxildir. 2016-cı ilin oktyabrında Moody's beynəlxalq reytinq agentliyi “ABB-Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “В3” səviyyəsindən “В2” səviyyəsinə qədər artırıb. Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də əvvəlki B-2 deyil, daha yüksək B-1 səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Həm “ABB – Moskva”, həm də “ABB-Gürcüstan” hazırda müştərilər qarşısındakı öhdəliklərini uğurla yerinə yetirir. Rusiya və Gürcüstanın maliyyə bazarındakı uzunmüddətli işgüzar nüfuzunu qoruyub saxlayır. Fəaliyyətinin müasir tələbələrə uyğun qurulması üçün strateji inkişaf planına uyğun müvafiq tədbirləri davam etdirir.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

15.05.2017 10:18

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ