Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qazaxıstan razılaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan razılaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək

Qazaxıstan OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatını azaltmaq barədə anlaşmasının müddətini uzatmaq qərarını dəstəkləyəcək.   

 

Reklam_3_11

"TASS" agentliyi xəbər verir ki, bunu ölkənin energetika naziri Kanat Bozumbayev parlamentdə çıxışı zamanı bildirib.

 

"Hesab edirik ki, Qazaxıstan trendə uyğun hərəkət etməlidir. Neft bazarında balans hələ əldə olunmadığından, neft hasilatının azaldılması təşəbbüsünü dəstəkləməliyik. Əgər keçən il bizim üçün ixrac neftimizin qiyməti 30 dollar/barel idisə, indi 52 dollar/bareldir. Anlaşmanın əldə olunması Qazaxıstana əlavə 22 dollar qazandırıb", - deyə nazir qeyd edib. 

 

K.Bozumbayev, həmçinin bildirib ki, 2016-cı ildə Qazaxıstanda "Kaşaqan" yatağı istismara verilib və bu il orada əsas hasilat başlayacaq: "Buna görə də Qazaxıstan hasilatın azaldılması ilə bağlı yeni anlaşmaya əvvəlki şərtlərlə qoşula bilməyəcək. Biz bu məsələni sammitdə müzakirə edəcəyik".

 

© Report

15.05.2017 10:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ