Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yağış yağacaq, dolu düşəcək  - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

 

Reklam_3_11

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Mülayim  şimal-qərb küləyi arabir güclənəcək.

 

ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 12-14° isti, gündüz 18-21° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.

 

Mayın 15-i axşamdan 16-sı səhərədək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 10-15° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 

 

Mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

15.05.2017 10:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ