Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank jurnaslistlər üçün təlim keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank jurnaslistlər üçün təlim keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, o cümlədən jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi məsələlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı media nümayəndələri üçün ixtisaslaşmış təlim proqramının keçirilməsi ənənəsini bu il də davam etdirmişdir. Belə ki, 10 aprel – 12 may tarixlərində Mərkəzi Bank ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirmişdir.

 

Azərbaycan Diplomatiya Akademiyasının və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə keçirilən təlimlərdə əsas məqsəd media nümayəndələrinin KİV-də aktual olan və Mərkəzi Bankın missiyası ilə əlaqəli olan müxtəlif iqtisadi mövzulara dair biliklərini zənginləşdirmək, ölkədə aparılan iqtisadi islahatlara və müxtəlif iqtisadi mövzulara dair xəbərlərin ictimaiyyətə daha peşəkar ötürülməsini təmin etməkdən ibarət olmuşdur.

 

İştirakçılara Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, pul siyasətinin məqsədi və rejimləri, pul siyasətinin əməliyyat çərçivəsi, maliyyə sabitliyi, tədiyə balansı, ödəniş sistemlərinin inkişafı, nağd pul dövriyyəsinin idarə olunması, mərkəzi bankların kommunikasiyası, beynəlxalq iqtisadiyyat və s. mövzulara dair ətraflı məlumatlar verilmişdir. Mövzuların lazımi səviyyədə çatdırılması üçün seminarlar interaktiv şəkildə aparılmış, praktiki nümunələrlə, yığım oyunu ilə dəstəklənmiş və jurnalistlərin mövzulara dair sualları cavablandırılmışdır.

 

Yekunda təlimdə əhatə olunmuş mövzulara dair qiymətləndirilmə aparılmış və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

15.05.2017 14:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ