Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesinin növbəti mərhələsində Bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra Fitch və Moody’s beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqlərinə yenidən baxmışdır. Gözlənildiyi kimi, Fitch bankın reytinqini "ССС" səviyyəsində elan etmişdir. Moody’s isə Banka "Caa3" reytinqini vermişdir. Bundan əvvəl Banka Fitch tərəfindən verilmiş reytinq "BB"/ Neqativ,  Moody’s tərəfindən verilmiş reytinq isə "Ba3"/Stabil  idi (daha ətraflı burada). Beləliklə, hər iki agentlik reytinqi aşağı salıb.

 

Reklam_3_11

"REYTİNQLƏRİN AŞAĞI SALINMASI MÜVƏQQƏTİDİR"

 

Beynəlxalq reytinq agentliklərinin bununla bağlı açıqlamalarını şərh edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov bunun beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib:

 

“Bu normal praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. ABB-nin reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır”.

 

"BANKIN BAZAR DƏYƏRİ ARTACAQ"

 

"Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. Bu planın həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti və gəlirliliyi güclənəcək. Tədbirlər başa çatdırıldıqdan sonra bankın kapital mövqeyi müəyyən edilmiş normativ səviyyəyə qayıdacaq. Nəticədə ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bütün bunları nəzərə alaraq, restrukturizasiya prosesi başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksələcəyi gözlənilir",- ABB-nin məlumatında deyilir..

 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı sabah Bankın İdarə Heyətinin sədri Xalid Əhədovun geniş müsahibəsi yayılacaq.

15.05.2017 18:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ