Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Yaxın 2 ildə növbəti böhran başlayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yaxın 2 ildə növbəti böhran başlayacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Hazırda dünya yol ayrıcına çatıb. Bir yol çox sürətli iqtisadi inkişafa, digər yol isə durğunluq, qeyri-sabitlik və xaosa aparacaq".  

 

"Vesti" saytı  xəbər verir ki, bu açıqlamanı ABŞ-ın eks-prezidenti Barak Obamanın iqtisadi müşaviri, məşhur biznesmen, bir sıra kitabın müəllifi, "Allianz" sığorta şirkəti kimi bir sıra böyük şirkətlərin iqtisadi məsləhətçisi olan Məhəmməd əl-Ərian verib.

 

Əl-Ərian yaxın 2 ildə iqtisadi böhranın başlaya biləcəyini bildirib: "Hazırda biz pauza mərhələsindəyik. Tədricən maliyyə bazarları "Brexit", Donald Trampın prezidentliyi kimi hadisələri daha düzgün qiymətləndirməyə başlayacaq", - deyə iqtisadçı qeyd edib. Əl-Ərian son illərdə yaşanan zəif iqtisadi artımın zənginlik, gəlir və imkanların bölüşdürülməsində qeyri-bərabərlik yaratdığını xatırladıb. Gənclər arasında işsizliyin artması isə ən təhlükəli məqam kimi ortaya çıxır.

 

MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR

 

İqtisadçının fikrincə, mərkəzi banklar süni şəkildə maliyyə bazarlarına dəstək verərək böhranı önləyə bilib. Lakin bu, çox uzun çəkə bilməz. Süni maliyyə sabitliyi kəskin volatilliklə əvəz oluna bilər. Bunun önlənməsi üçün isə birbaşa investisiyalar artmalı, vergilər azaldılmalı, yüksək borc yükü olan ölkələrin problemləri həll edilməli, nəhayət, qlobal idarəetmə sistemində islahatlar həyata keçirilməlidir.

 

© Report

15.05.2017 19:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ