Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Ərdoğan ABŞ-a gedib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan ABŞ-a gedib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə "CAN" ilə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona gəlib.


 
"Marja" xəbər verir ki,  Ərdoğanı, "Andrews" Hava Limanında ABŞ Protokol İdarəsinin Baş direktorunun vəkili Rosemerie Paul və Türkiyənin ABŞ səfiri Sərdar Kılıç tərəfindən qarşılanıb.


 
Prezident Ərdoğan ilə həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii Qaynaqlar naziri Berat  Albayrak və müdafiə naziri Fikri Işık da Vaşinqtona gəliblər.


 SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!


Vaşinqtonda ABŞ Prezidenti Donald Trump ilə təkbətək və heyətlərarası görüşlər keçirəcək.


 
Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Trump ilə ilk dəfə üz-üzə görüşəcək.
 
 
Ərdoğanın ən başlıca gündəmi YPG olacaq. Görüşdə Vaşinqtonun Suriyada YPG-yə dəstək verməkdə səhv etdiyi və YPG-yə  edilən silah yardımının NATO müttəfiqi Türkiyəyə təhdid yaradacağı mesajı veriləcək. YPG-nin terror təşkilatı PKK-nın qolu olduğunu sübut edən görüntü və proqramlardan ibarət olan bir fayl da Trumpa təqdim ediləcək.


 
 İQTİSADİYYAT GÜNDƏMİ


 
Ərdoğanın Trumpla bölüşəcəyi digər bir məsələ isə iqtisadi əməkdaşlığın inkişafı, ikitərəfli ticarət və investisiyaların artırılması olacaq. İki ölkə arasında xarici ticarət dövriyyəsinin təxminən 4 milyard dollardan daha yüksək səviyyəyə çıxarılması planlaşdırılır. Prezident, bu çərçivədə ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri ilə toplantı keçirəcək. Ərdoğanın görüşəcəyi adlar arasında Coca Cola, Lockheed Martin, P&G, Boeing kimi şirkətlərin rəhbərləri olacaq.

 

 
Türkiyənin digər bir əhəmiyyətli gündəmi, AB ilə ABŞ arasında aparılan Transatlantik Ticarət Razılaşması (TTIP) danışıqlarına Türkiyənin də daxil edilməsini təmin etməkdir.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

16.05.2017 05:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ