Neft qiymətləri "9 ay" açıqlaması ilə yuxarı qalxır

Neft qiymətləri, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılması müqaviləsinin daha 9 ay uzadılmasını dəstəklədiklərini bəyan etmələrindən sonra yüksəlib.


 
"Marja" xəbər verir ki, qiymətlər Bazar ertəsi günü, Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin istehsalın azaldılmasını 2018-ci ilin ilk rübünün sonuna qədər uzadılmasını dəstəklərini ifadə etmələrinin ardından 2.1 faiz yüksəlib. 

 


ABŞ-da Çərşənbə günü açıqlanacaq rəsmi neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə düşməsi və beləliklə azalmanı altı həftəyə çıxması gözlənilir. ABŞ-da neft ehtiyatları "ərisə" də, hasilat artır.


 SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!


 
Yanvar ayının əvvəlindən etibarən altı aylıq bir müddət üçün istehsalı azaltmaq üçün razılığa gələn 24 istehsalçı ölkənin ən böyükləri olan Rusiya və Səudiyyə Ərəbistanı, müqavilənin indiyədək o qədər də təsirli olmadığına dair fikirlərin artdığı bir şəraitdə, öhdəliklərini yenilədilər. Ancaq ABŞ istehsalındakı artım, Liviyada və Nigeriyada hasilatın artdığına dair işarələr, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bazarı yenidən tarazlığa qovuşdurmağa yönəlmiş strategiyasını zəiflədə bilər.

 

ƏMƏK HAQQINIZI KART İLƏ ALIN!


 
Analitiklər bildirirlər ki, Səudiyyə Ərəbistanı və Rusiyadan verilən açıqlamalar qiymətlərə yuxarı istiqamətdə təsir edir, ancaq xam neftin qiymətinin yeni bir səviyyəni görəcəyi gözlənilmir.  ABŞ-da istehsalçıların hasilatı artırmaları qiymətlərin qalxmasını məhdudlaşdırır.


 
Qərbi Texas neftinin (WTI) qiyməti Nyu-Yorkda Nymex birjasında 22 sent və ya 0.5 faiz qalxaraq 49.07 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 26 sent ybahalaşaraq bareli 52.08 dollara qalxıb. Brent neftin qiyməti Bazar ertəsi günü 98 sent və ya 1.9 faiz qalxaraq 51.82 dollardan bağlanmışdı. 

16 May 2017 , 07:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin