Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Lənkəranda İslam Kolleci açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkəranda İslam Kolleci açılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lənkəranda yeni tədris ilində daha bir yeni təhsil müəssisəsi - İslam Kolleci fəaliyyətə başlayacaq.

 

Reklam_3_11

Lənkəran İslam Kolleci Azərbaycanda ilk dəfə dövlət qeydiyyatına alınmış yeddi İslam Kollecindən biridir.

 

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə “İslam Həmrəyliyi İli” ərəfəsində belə kolleclərin yaradılmasının bütün dindarlara töhfə olduğunu bildirib. O qeyd edib ki, kollecdə təhsil müddəti dörd ildir. İlkin mərhələdə burada 15 tələbə təhsil alacaq.

 

Burada tədris alacaq qonşu rayonların tələbələri üçün yataqxana da nəzərdə tutulub. Kollecə qəbul qaydaları və dərs proqramları isə yay aylarında açıqlanacaq.

 

Qeyd edək ki, respublikamızda Lənkəran İslam Kolleci ilə yanaşı, daha 6 yeni İslam kolleci - Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.

 

© Azərtac

16.05.2017 06:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ