Moody's bu şirkəti 3 milyard avroya satın alır

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's", maliyyə məzmunları və məlumat şirkəti "Bureau van Dijk"i 3 milyard avro qarşılığında satın alınması məsələsində razılığa gəldiyini bildirib.
 

"Marja" xəbər verir ki, "Moody's"dan edilən açıqlamada, mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən biznes-informasiya təchizatçısı "Bureau van Dijk" adlı şirkətin 3 milyard avro qarşılığında İsveçin özəl kapital şirkəti EQT-dən satın alınması barədə razılığa gəldiyi bildirilib.


 
"Moody's"un İdarə Heyətinin Sədri Raymond Mcdaniel, sözügedən satınalmanın "Moody's Analytics"in yeni risk həlləri təqdim etməsini, dəyişən bir bazar seqmentinə çatmasını təmin edəcəyini qeyd edib.


 
Mərkəzi ofisi İsveçin paytaxtı Stokholmda yerləşən EQT şirkəti, "Bureau van Dijk"i 2014-cü ildə "Charterhouse Capital Partners"dən satın almışdı. İngiltərə mətbuatında satışın təqribən 1 milyard avro səviyyəsində olduğu irəli sürülmüşdü.


 
"Bureau van Dijk", hazırda Amsterdamdakı mərkəzindən dünyanın fərqi nöqtələrində cəmi 220 milyon özəl investisiya şirkətinə maliyyə məzmunları və məlumat xidmətləri təmin edir. 2016-ci ildə “Bureau van Dijk”in mədaxili  281 mln. dollar təşkil edib.Hollandiya şirkəti dünyada ən iri məlumat bazasına malikdir və bazasına 220 mlilyon özəl şirkətlər barədə məlumatlar daxildir.

 

MAŞINLAR ƏLDƏN GETMƏMİŞ BU FÜRSƏTDƏN YARARLANIN!

16 May 2017 , 09:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin