Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İcbari Sığorta Bürosu: Bəzi sığorta şirkətləri ədalətli oyun qaydalarını pozur

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari Sığorta Bürosu: Bəzi sığorta şirkətləri ədalətli oyun qaydalarını pozur

İcbari Sığorta Bürosu vətəndaşları icbarı sığorta əldə edərkən qanunsuz endirimlərdən çəkinməyə çağırır

 

Reklam_3_11

Məlum olduğu kimi, ölkədə icbari sığorta müqavilələrinin rəsmiləşdirilməsi hər bir icbari sığorta sinfi üzrə tənzimləyici orqan tərəfindən müəyyən edilmiş sığorta haqları əsasında baş verir və bu məbləğlərdən kənara çıxmalar yolverilməzdir. Bununla belə, icbari sığorta müqavilələri əldə edərkən sığorta vasitəçiləri tərəfindən bir sıra hallarda vətəndaşlara endirimlər və güzəştlər təklif olunur. Hazırda bu hallara əsas etibarilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) sahəsində rast gəlinir.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

İcbari Sığorta Bürosu sığorta vasitəçilərinin və sürücülərin nəzərinə çatdırır ki, AVSMMİS müqavilələri bağlayan zaman bu cür endirimlərin və hər hansı güzəştlərin tətbiqi qanunaziddir və nəticə etibarilə sığortalıların hüquqlarının pozulmasına yol açır.

 

Qanun hər hansı endirimləri qadağan edir

 

Sığorta haqlarına hər hansı endirimlərin və ya əlavələrin qadağan olması ilə bağlı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsində qeyd edilir: “Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.”

 

0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!

 

Qanunsuz endirimlərdən yararlanmaq sığortalının sığorta təminatını sual altına qoyur

 

Təyin olunmuş sığorta haqqından daha aşağı məbləğə icbari sığorta əldə edən sürücülər bilməlidir ki, gələcəkdə sığorta hadisəsi baş verdiyi halda, sığorta şirkəti onların tələbini təmin etməyə bilər. Bir sıra hallarda bəzi sığorta vasitəçiləri fürsətcil və tamahkar davranış nümayiş etdirərək vətəndaşa icbari sığorta satarkən sığorta şirkətinin məlumat sisteminə müştərinin sığortalamaq istədiyi avtonəqliyyat vasitəsinin deyil, eyni markadan olan daha aşağı mühərrikli avtonəqliyyat vasitəsinin məlumatlarını daxil edir və nəticədə müqavilə üzrə daha kiçik sığorta haqqı məbləği formalaşır. Məlumatların sistemə daxil edilməsi vətəndaşın iştirakı ilə baş vermədiyindən, sığorta vasitəçisi bu məbləği məhz endirimli məbləğ kimi qələmə verir və bu da ilk baxışdan vətəndaşı qane edir; belə ki, onun fikrincə, məhz bu sığorta vasitəçisindən aldığı icbari sığorta digərlərinə nisbətən daha münasibdir. Lakin bu məmnunluq ilk sığorta hadisəsi baş verənədək davam edir – hadisə baş verən zaman sığorta tələbini araşdıran sığorta şirkəti tərəfindən müqavilə məlumatlarının reallıqla uyğun gəlmədiyi aşkar olunur və bununla da vətəndaşın sığorta tələbi böyük sual altına düşmüş olur.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

Endirimli icbari sığorta sığorta hadisəsi baş verdikdə daha kiçik məbləğdə sığorta ödənişi ilə nəticələnə bilər

 

Əfsuslar olsun ki, bu gün ədalətli oyun qaydalarını pozaraq daha çox gəlir götürmək istəyən bəzi sığorta şirkətlərinin öz satış təmsilçilərini bu cür arzuolunmaz davranışlara təhrik etməsi halları da mövcuddur. Qanuna əsasən, sığortaçı icbari sığorta satışından daxil olan sığorta haqlarının 20%-dək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15%-dək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Lakin bəzi hallarda sığortaçı öz agentinə müştəriyə bundan da aşağı məbləğlər müqabilində icbari sığorta satışı təklif etməsini tapşırır, bu isə sığortaçının sığorta ödənişləri üçün nəzərdə tutulan ehtiyatlar fondunun azalması hesabına mümkün olur. Bunu əyani misalla aydın şəkildə belə təsvir etmək olar: 100 manatlıq icbari sığorta müqaviləsinin 20 manatı həmin müqavilənin satışının təşkili üzrə çəkilmiş xərclər və sığorta şirkətinin öz agentinə verdiyi mükafatdan ibarətdir, yerdə qalan 80 manat isə həmin müqavilə üzrə yarana biləcək öhdəlik üzrə xərclənməsi məqsədilə nəzərdə tutulan ehtiyatı formalaşdırır. Lakin agentin müştəriyə təklif etdiyi qeyri-qanuni endirim nəticəsində sığorta şirkəti həmin 80 manatın əlavə 15 manatını da vasitəçiyə verirsə, nəticədə ehtiyat fondu 65 manatadək azalır. Gələcəkdə sığorta hadisəsi baş verdikdə, sığorta şirkəti itirilmiş həmin 15 manatı bərpa etmək üçün ödəniş məbləğini müxtəlif yollarla azaltmağa çalışır. Nəticədə isə bundan uduzan müştəri olur; vaxtilə 15 manat qənaət etməsi müqabilində indi bundan qat-qat böyük məbləğlərdə ödənişdən məhrum olur və həmin məbləği qarşı tərəfə öz cibindən ödəməli olur.

 

Bir sözlə, vətəndaşlara təklif olunan endirimlər sığorta şirkətinin büdcəsinin müəyyən kəsirləri hesabına əldə edilir, bu isə sığorta hadisəsi zamanı yaranacaq sığorta tələbinin sığorta şirkəti tərəfindən daha aşağı keyfiyyətlə təmin edilməsi ilə nəticələnəcəkdir. Bu səbəbdən, müştərilər daha ucuz yox,  daha keyfiyyətli xidmət göstərən şirkətlərə üz tutmalıdır. Sığorta şirkətinin göstərdiyi xidmətin keyfiyyəti isə sığorta hadisələri zamanı ödənişlərin vaxtında və tam həcmdə təmin edilməsi ölçülür.

 

SƏRFƏLİ KART İSTƏYİRSİNİZ?

 

Məhz buna görə, yəni icbari sığorta bazarında endirimlərin kütləvi şəkildə təklif edilməsi hesabına yaranan haqsız rəqabətin qarşısının alınması, eləcə də sığorta ödənişlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə icbari sığorta haqlarına hər hansı endirim və ya güzəştlərin təklif edilməsi həm Qanunla, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığortaçılara və vasitəçilərə edilən çoxsaylı xəbərdarlıqlarla qadağan edilmişdir.

 

İcbari sığortada endirimlər sistem xarakterli problemlərə yol açır

 

İcbari sığorta sinifləri üzrə sığorta tarifləri dünya təcrübəsində dövlət tərəfindən minimal tələblər nəzərə alınmaqla müəyyən edilir və bu zaman o yanaşma əsas götürülür ki, sığorta hadisələri nəticəsində zərərçəkənlərə dəymiş zərərin əvəzini həmin icbari növ üzrə yığılmış bütün sığorta haqları hesabına tam həcmdə ödəmək mümkün olsun. Bu səbəbdən, qüvvədə olan sığorta haqlarına hər hansı qanunsuz endirimlərin və ya güzəştlərin tətbiqi yolverilməzdir və ümumi icbari sığortalar sistemi üzrə sığorta şirkətlərinin ödəniş qabiliyyətinə mənfi təsir göstərir.

 

Bundan əlavə, sığorta şirkətləri endirimlə icbari sığorta satdıqda, sığorta ödənişi zamanı ehtiyat fondunun kəsirlərini doldurmaq üçün yeni satışlardan daxil olan sığorta haqlarını cari sığorta ödənişlərinə yönəltməyə məcbur olurlar. Piramidal sxem üzrə aşağıdan yuxarıya doğru davam edən bu proses son nəticədə piramidanın ən yüksək nöqtəsində iflasa uğramağa məhkumdur. Yəni, sığorta ödənişlərini bir müddət bu cür təmin edən sığorta şirkəti yekunda ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq, bundan isə həm şirkət özü, həm də ümumilikdə sistem əziyyət çəkəcək.

 

İcbari sığortanızı əldə edərkən bu məqamlara diqqət yetirin:

 

-Əldə etmək istədiyiniz icbari sığorta üzrə sığorta haqqını hesablamaq üçün İcbari Siğorta Bürosunun veb-saytında olan Sığorta Kalkulyatorundan istifadə edin;

-Sığorta agentlərinin icbari sığorta növləri üzrə təklif etdiyi müxtəlif “endirimli aksiyalara və kampaniyalara” uymayın. Bunlar qanunaziddir;

-İcbari sığortanızı bilavasitə sığorta şirkətlərinə müraciət etməklə və ya lisenziya əsasında qanuni fəaliyyət göstərən peşəkar sığorta agentləri və ya sığorta brokerləri vasitəsilə əldə edin. Bununla lisenziyası olmayan, təsadüfi gəlir əldə etmək məqsədi güdən işbazlardan özünüzü qorumuş olacaqsınız;

-Elektron icbari sığorta müqaviləsi bağladıqdan sonra sistemə daxil edilən məlumatların doğruluğundan əmin olmaq üçün sığortaçınıza müraciət edərək müqavilənizə dair çıxarışı tələb edin;

-Sizə endirimli icbari sığorta təklif edən sığorta vasitəçiləri ilə bağlı İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verin.

 

25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR

16.05.2017 08:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ