Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ucuz avtomobil istehsalı başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ucuz avtomobil istehsalı başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yeni avtomobil istehsalı başlayır. Söhbət “Azevrocar” şirkəti ilə və “İran Khodro” şirkətinin birgə istehsalı olacaq avtomobillərdən gedir. Xəbər verdimiz kimi, Neftçalada Sənaye Məhəlləsində yeni avtomobil zavodu iyun ayından fəaliyyətə başlamalıdır.

 

Reklam_3_11

SƏRFƏLİ KART İSTƏYİRSİNİZ?

 

Zavodun tikintisində yubanma olub

 

“Azevrocar” şirkətindən verilən məlumata görə, qış sərt keçdiyi üçün zavodun tikintisində bir qədər yubanma olub. Artıq işlər yekunlaşmaq üzrədir. Yeni avtomobil zavodunun avqust ayında açılması planlaşdırılır.

 

Əvvəlcə, “Runna”, “Dena”, “Samand” və “Soren”lər yığılacaq

 

Zavodda əvvəlcə “İran Khodro”markasına aid 4 modelin - “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobilllərinin yığımına başlanılacaq. Ehtiyat hissələrinin bir hissəsinin yerli zavodlarda istehsalı planlaşdırılır. Bunun üçün həmin zavodlara təkliflər veriləcək.

 

MAŞINLAR ƏLDƏN GETMƏMİŞ BU FÜRSƏTDƏN YARARLANIN!

 

Ehtiyat hissələrinin bir hissəsini STP və SOCAR zavodu istehsal edəcək

 

Zavodların test məhsulları İran şirkəti tərəfindən müsbət rəy alarsa, ehtiyat hissələrinin istehsalı başlayacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.

 

Yerli maşın xaricdə də satılacaq

 

Yığılan avtomobillərin 15-20%-i xaricdə satılacaq. “Azevrocar”dan verilən məlumata görə, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

 

Kefiyyət və qiymətdə rəqiblərini qabaqlayacaq

 

Qeyd edək ki, bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda Çinin “Lifan” şirkəti ilə birgə “Naz Lifan” avtomobilləri yığılır. Amma avtomobil zavodu alıcı tapmaqda çətinlik çəkir. Satışların böyük hissəsi də demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür. Bu baxımdan yeni istehsal ediləcək avtomobillərin necə bazar payı əldə edəcəyi məsələsinə gəlincə, “Azevrocar”dan bildiriblər ki, zavodda yığılacaq maşınlar həm qiymət, həm də kefiyyət baxımından bazarda rəqabətə davamlı olacaq: “Azərbaycan bazarında ən ucuz təzə maşınları biz satacağıq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Müqayisə üçün hazırda Azərbaycan bazarında bu qiymətə demək olar ki, yeni avtomobil yoxdur”. Yeni yığılacaq avtomobillərin kefiyyətinə gəlincə, şirkətdən bildiriblər ki, marka Avro 5 standartları üzrə kefiyyət sertifikatı alıb. Avtomobillərin kefiyyəti tam yüksək səviyyədə olacaq.

 

0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!

 

© fins.az

16.05.2017 11:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ