Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Varidatı 31 milyard dollara yaxınlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Varidatı 31 milyard dollara yaxınlaşır

“Forbes” jurnalının versiyasına görə, elektron kommersiya sahəsinin nəhəngi “Alibaba Group” kompaniyasının banisi Cek Ma “Wanda Group” korporasiyasının başçısı Van Szyanlini qabaqlayaraq Çinin ən varlı adamı olub.

 

Mayın 12-nə olan məlumata əsasən, Cek Manın varidatı 30,9 milyard dollar, Van Szyanlinin sərvəti isə 30,7 milyard dollar həcmində qiymətləndirilib.

 

Van Szyanlin əsasən daşınmaz əmlak və əyləncə biznesindən gəlir götürür. Cek Manın varidatı isə “Alibaba” kompaniyasının aksiyalarının bahalaşması hesabına artıb.

 

“Forbes” jurnalı hesab edir ki, hazırda Asiyanın ən varlı adamı honkonqlu milyarder Li Ka-shinqdir. Onun var-dövləti 32,9 milyard dollar həcmində qiymətləndirilir.

 

Çinin ən iri internet-kompaniyası olan “Alibaba Group” elektron kommersiya sahəsində fəaliyyət göstərir. Onun əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulub. Kompaniyaya, həmçinin törəmə “Alibaba Pictures”, “Alibaba.com”, “AliExpress.com”, “Taobao.com”, “Tmall.com” şirkətləri daxildir.

 

© Azərtac

16.05.2017 12:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ