Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Lada" Azərbaycanda satışını 86% azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Lada" Azərbaycanda satışını 86% azaldıb

2017-ci ilin birinci rübündə Rusiyanın "Lada" markalı avtomobillərinin Avropa ölkələrinə ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 102% artaraq 1664 ədəd təşkil edib.


"AvtoVAZ" konserninin hesabatına görə, rüb ərzində bu avtomobillərin qeydiyyatı 79% artaraq 1344 ədədə çatıb.

Avropada daha böyük tələbat "Lada 4x4" modelinə yaranıb. Həmçinin, "Lada Vesta"nın satışlarına başlanılıb. Bu ilin fevral ayından "Vesta" Almaniya və Macarıstana, martından isə Avstriya və Bolqarıstana ixrac olunmağa başlanıb.

İlk rübdə "AvtoVAZ" Qazaxıstanda satışlarını 31% azaldıb. Beləliklə, konsernin Qazaxıstan bazarındakı payı 16,6%-ə enib.

 

Azərbaycanda isə "Lada"nın satışları 86% azalıb. Rusiya şirkət Ukraynadakı satışlarını 66% artıraraq rüb ərzində 16460 ədəd avtomobil sata bilib. Belarusda isə "Lada" satışlarını 4% artırıb və bazar payını 11%-ə çatdırıb.


Qeyd edək ki, "AvtoVAZ" bu il ixracı 50% artırmağı planlaşdırır.

 

© APA

 

16.05.2017 13:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ