Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Qafqaz İnkişaf Bankı"nın Mərkəzi Banka 41,3 milyon borcu var

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qafqaz İnkişaf Bankı"nın Mərkəzi Banka 41,3 milyon borcu var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Əmanətlərin Sığortalanması Fondunun inzibati binasında ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nin Kreditorlar Komitəsinin iclası keçirilir.


İclasda "Qafqaz İnkişaf Bankı"nın kreditorlarının bir qismi məlum olub.

 

Belə ki, "PAŞA Holdinq" MMC-yə daxil olan "PAŞA Bank", "PAŞA Sığorta" və “PAŞA Həyat Sığorta" ASC-lər, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Amrah Sığorta" ASC, fiziki şəxslər Rəşid İsmayılov, Nüşabə İsayeva, Qulu Abbasov, İslam Atakişiyev, Ələkbər Quliyev, Təranə Əsgərova kreditorlar kimi qeydiyyata alınıb.



Qeyd edək ki, iclası Fondun icraçı direktoru Azad Cavadov aparır. A. Cavadov bildirib ki,  "Qafqaz İnkişaf Bankı"nın öhdəlikləri üzrə birinci tranş artıq tamamlanmaq üzrədir. Birinci tranşdan sonra bankın 22 mln. manatlıq öhdəliyi qalacaq.

 

"Yaxın vaxtlarda biz ikinci tranşı da ödəyəcəyik. Demək olar ki, bu bankın fiziki şəxslərə olan öhdəliyini demək olar ki, yekunlaşdırmışıq. Az sayda fiziki şəxslər üzrə öhdəlik qalıb. Ümumilikdə fiziki və hüquqi şəxslərlə birlikdə 31 kreditor qalıb. Fiziki şəxslərin tələbləri tam yekunlaşandan sonra hüquqi şəxslərin tələblərinin yerinə yetirilməsinə başlanacaq. Fikrimcə, kreditorların əksəriyyətinin tələbi ödənildiyindən Kreditorlar Komitəsinin yaradılmasına ehtiyac yoxdur. Hüquqi şəxslərlə Əmanətlərin Sığortalanması Fondu bir araya gəlib öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. Qafqaz İnkişaf Bankının 85 milyon manatlıq öhdəliyi qalır. Bunun da böyük hissəsi Mərkəzi Banka məxsusdur. Mərkəzi Bankın 41,3 mln. manatlıq təminatlı krediti var. İkinci böyük öhdəlik "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur. Fikrimcə, biz bu ilin sonuna "Qafqaz İnkişaf Bankı"nın ləğvetmə prosesini başa çatdıracağıq”, - deyə o vurğulayıb.

 

Daha sonra səsvermə əsasında bu bank üzrə Kreditorlar Komitəsinin yaradılmaması məqsədəuyğun sayılıb.

 

© APA

16.05.2017 13:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ