Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Qafqaz İnkişaf Bankı”nın ləğv edilməsi ilin sonuna kimi yekunlaşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qafqaz İnkişaf Bankı”nın ləğv edilməsi ilin sonuna kimi yekunlaşacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Qafqaz İnkişaf Bankı” ASC-nin ləğv edilməsi prosesi bu ilin sonuna qədər yekunlaşacaq.

 

Bu barədə bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib.

 

Onun sözlərinə görə, “Qafqaz İnkişaf Bank”ın bütün kreditorları pullarını tam alacaqlar:

 

“Bu bankın kreditorları digər bağlanmış banklarla müqayisədə şanslıdır”.

 

A.Cavadov onu da qeyd edib ki, “Qafqaz İnkişaf Bankı”da vəziyyət yaxşı olduğu üçün Kreditorlar Komitəsinin aktiv fəaliyyətinə, ona sədr və iclasa katib seçilməsinə də ehtiyac yoxdur:

 

“Bu bankla işimizi tezliklə yekunlaşdırmaq niyyətindəyik. Ola bilsin ki, portfeli hansısa banka, məsələn “PAŞA Bank”a ötürək, onlar idarə etsin”.

 

Onun sözlərinə görə, bankın öhdəlikləri 85 mln. manatdır: “Bunun 41,3 mln. manatı Azərbaycan Mərkəzi Bankı qarşısında olan öhdəlikdir, qalan hissəsi isə digər fiziki və hüquqi şəxslərin alacaqlarıdır. Bundan sonra onlara 22 mln. manat pul ödənilməlidir”.

 

© Report

16.05.2017 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ