Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dövlət fondunun bu bankda 39 milyon manat pulu qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət fondunun bu bankda 39 milyon manat pulu qalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Ləğvetmə prosesində olan “Gəncəbank” ASC-nin kreditlərinin sayı 1083, ümumi kredit portfelinin həcmi isə 104 mln. manat təşkil edir.

 

Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

 

Onun sözlərinə görə, “Gəncəbank”ın standart kreditlərinin sayı 207, məbləği 1,7 mln. manat təşkil edir: “Bu bankda qeyri-standart kreditlərin sayı 876, məbləği 102 mln. manat təşkil edir. Təminatsız kreditlərin sayı 281, məbləği 78 mln. manatdır. Bankın cəmi öhdəliyi 61 mln. manat təşkil edir. Bankın fiziki şəxslərə qarşı öhdəliyi 2,6 mln. manat, hüquqi şəxslərə öhdəliyi 10,7 mln. manatdır”.

 

A.Cavadov əlavə edib ki, “Gəncəbank”ın cəlb olunmuş vəsaitlərə görə ən böyük öhdəliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) qarşısındadır: "Bankın Fond qarşısında öhdəliyi 39 mln. manat təşkil edir. Bankın Mərkəzi Banka olan öhdəliyi 7,5 mln. manatdır".

 

©APA

16.05.2017 14:29

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ