Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

AccessBank-a etibar edən əmanətçilərin sayı artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank-a etibar edən əmanətçilərin sayı artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AccessBank cari ilin birinci rübünü müsbət göstəricilərlə başa vurub. Belə ki, bankın açıqladığı maliyyə göstəricilərinə əsasən cəmi kapitalı 28% artaraq 67 milyon 348 min manatadək yüksəlib.

 

Reklam_3_11

Diqqət çəkən amillərdən biri də, əhalinin AccessBank-a manatla yatırdığı əmanətlərin məbləği əhəmiyyətli dərəcədə artmasıdır. Belə ki, birinci rübün sonunda Bankın əmanət portfeli 7% artım nümayiş etdirərək 301 milyon 795 min manat təşkil edib.

 

"Bu isə, müştərilərin AccessBank-a sərgilədiyi yüksək etimadının göstəricisidir. AccessBankın Azərbaycan bankları arasında ən yüksək reytinqə və 100% xarici kapitala malik olması bir daha AccessBank-ın stabilliyini və etibarlılığını təsdiq edir",- məlumatda deyilir.

 

Həmçinin, müştəriləri cəlb edən xüsusiyyətlərdən biri də odur ki, AccessBank müştərilərinin ehtiyaclarına uyğun olaraq, həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif əmanət növlərini təklif edir. Bank müştərilərə sərfəli şərtlərlə “Müddətli”, “Yüksələn”, “Yığım” və “Əlverişli” əmanətlər təklif edərək, istənilən müddətə yatırım etmək üçün şərait yaradır.

 

Xatırladaq ki, AccessBank  Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

16.05.2017 15:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ