Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətləri ABŞ-da ehtiyatlar artdığı üçün düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri ABŞ-da ehtiyatlar artdığı üçün düşür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, ABŞ-da neft ehtiyatlarının artdığının açıqlanmasının ardından aşağı düşüb. Bunun nəticəsində, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılması müqaviləsinin uzadılacağına dair bəyanatlarında sonra başlayan ralli dayanıb.

 

Reklam_3_11

AŞAĞI FAİZLƏ, 24 AY MÜDDƏTİNƏ KREDİT!


 
"Marja" xəbər verir ki, Amerika Neft İnstitutu (API) ehtiyatların keçən həftə artdığını açıqlayıb.  


 
Bazar ertəsi günü Rusiya və Səudiyyə Ərəbistanı qlobal ehtiyatların hələ ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və müqaviləyə qoşulan digər ölkələrin istədiyi səviyyəyə düşməməsindən dolayı, hasilatın azaldılması müqaviləsini doqquz ay uzadılmasına tərəfdarı olduqlarını açıqlayıblar. 

 


OPEK Mayın 25-də Vyanada toplaşacaq. Ancaq hazırda ABŞ-ın neft istehsalındakı artımın OPEC-in bazara sabitlik gətirmək və qiymətləri qaldırmaq strategiyasını zəiflədəcəyi istiqamətində narahatlıqlar var.


 
Analitiklər bildirirlər ki, ABŞ-da ehtiyatların və hasilatın artması neft qiymətlərinin yüksəlməsini çətinləşdirir. Mövsümi olaraq, tələbin ikinci və üçüncü rüblərdə artması gözlənilir və 25 Maydakı toplantıda veriləcək qərar qiymətləri mövcud səviyyələrdən yüksəldə bilər.
 

 KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT 


Qərbi Texas nefti (WTI), Nymex birjasında 63 sent düşərək bareli 48.03 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 46 sent və ya 0.9% düşərək bareli 51.19 dollara enib.

17.05.2017 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ