Ən yuxarı statik reklam-3_3

“Dəmir Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dəmir Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

30 İyun 2017-ci il tarixində “Dəmir Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

 

Reklam_3_11

“Marja” Bankın elanına istinadən xəbər verir ki, ümumi yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə nəticələrinin təsdiq edilməsi, Bankın Audit Komitəsinin və Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.

 

Bankda mühüm iştirak payı olan səhmdarlar Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) və Hacıyev Rəhman Əsabəli oğludur. AYİB Bankın “25% +1 səhm” həcmində səhm paketinə, FMO isə 10% səhmlərinə sahibdir. AYİB və FMO ümumilikdə “35% + 1 səhm” həcmində səhm paketi ilə DəmirBankın Müşahidə Şurasında təmsil olunurlar. Hacıyev Rəhman Əsabəli oğlu isə 19.61 % səhmə sahibdir.

 

“DəmirBAnk”ın Müşahidə Şurasında Rəhman Hacıyev (Sədr), Tofiq Qənbərov (üzv), Andrej Witak (üzv), Ferdinand Tuinstra  (üzv) və Kurt Qeiqer (üzv) yer alırlar.

17.05.2017 06:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ