Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan iqtisadiyyatı 1,2 faiz azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı 1,2 faiz azalıb

2017-ci ilin yanvar-aprel aylarında ölkədə 20 milyard 139,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Reklam_3_11

Bu dövrdə sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması ümumi daxili məhsulun həcminin azalmasına təsir edən əsas amil olmuşdur.

 

Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artmışdır.

 

Ümumi daxili məhsulun 44,6 faizi sənayedə, 11,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,2 faizi tikintidə, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 14,0 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 2075,5 manata bərabər olmuşdur.

17.05.2017 08:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ