Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

1 trilyon dollarlıq layihə - Azərbaycanın səhmdarı olduğu bank maliyyələşdirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 trilyon dollarlıq layihə - Azərbaycanın səhmdarı olduğu bank maliyyələşdirəcək

Pekində Çin hökuməti tərəfindən təqdim olunan və əsrin infrastruktur layihəsi adlanan "Bir kəmər - bir yol" layihəsinə həsr edilən 21 günlük sammit başa çatıb.

 

Ümumi dəyəri 1 trln. ABŞ dolları həcmində olan bu təşəbbüsün böyük ölçüdə Asiya İnfrastruktur və İnkişaf Bankı (AIIB) tərəfindən maliyyələşdiriləcəyi bildirilir.  "Valuewalk" saytı xəbər verir ki, layihənin başlıca məqsədi Afrika, Asiya və Avropada sərbəst ticarəti inkişaf etdirməkdir. Görüşdə 30 ölkənin prezident və baş nazirləri iştirak ediblər.

 

Qeyd edək ki, hazırda 57 ölkə AIIB-in üzvüdür. Bankın başlanğıc kapitalının 30 mlrd. dollar və ya 32%-i Çinə aiddir. Çinin Bankda səsvermə hüququ 27,8276%, Hindistanın 8,0213%, Rusiyanın 6,3276%, Azərbaycanın isə 0,517%-dir.

 

AIIB-in əsas məqsədi Asiyada nəqliyyat, telekommunikasiya və energetika layihələrinə investisiya qoymaq və uzunmüddəli maliyyələşməni təmin etməkdir. Hazırda AIIB Azərbaycan və Tacikistan da daxil olmaqla 8 ölkədə 1,73 mlrd. dollar dəyərində 13 layihənin maliyyələşməsini təsdiq edib. Azərbaycanda AIIB 8,6 mlrd. dollarlıq TANAP layihəsinə 600 mln. dollar investisiya həyata keçirir. Çin TANAP layihəsindən birbaşa mənfəət əldə etməsə də, gələcəkdə Xəzər hövzəsindən Çinə boru xəttinin inşası təşəbbüsü yarana bilər.

 

AIIB 100 mlrd. dollar ilkin kapital və illik 4-5 mlrd. dollarlıq investisiya həcmi ilə Çinin əsas böyük kreditorları olan Çin İnkişaf Bankı və Çin "Eximbank"ı ilə müqayisədə kiçik oyunçu hesab edilir. Lakin, AIIB "Bir kəmər - bir yol" layihəsində önəmli rol oynayacaq. Çin AIIB, Yeni İnkişaf Bankı və "İpək Yolu" Fondu ilə bərabər yaradacağı digər maliyyə institutları vasitəsilə önəmli geosiyasi və geoiqtisadi təsir gücü əldə etməyə çalışır.

 

© Report

17.05.2017 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ