Ərazi vergi orqanları tapşırığa 14% çox əməl edib

 

2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 155,4 milyon manat proqnoza qarşı 176,6 milyon manat vəsait daxil olmaqla proqnoz tapşırığına 113,6 faiz əməl olunmuş, o cümlədən yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 milyon manat proqnoza qarşı 135,1 milyon manat vəsait daxil olmuş və ya proqnoz tapşırığına 118,8 faiz əməl edilmişdir.

 

“Marja” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov bildirib.

 

20 MİNDƏN ÇOX VERGİ ÖDƏYİCİSİ FƏALİYYƏTİNİ BƏRPA EDİB

 

Onun sözlərinə görə, islahatlar iqtisadi sistemin şəffaflaşmasına, əlverişli biznes mühitinin formalaşmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin cəlb­ediciliyinin artırılmasına şərait yaratmış, bütün bunların nəticəsində 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları üzrə 20 mindən yuxarı vergi ödəyicisi fəaliyyətini bərpa etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 dəfə çoxdur. Cari ilin birinci rübündə fəaliyyətini bərpa edən obyektlərin sayında 2 dəfə artım olmuşdur.

 

2017-ci ilin birinci rübündə ümumi dövriyyələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz artmışdır. Pərakəndə ticarət sahəsindən vergi daxilolmaları 6,9 faiz, xidmət sahəsində isə 30,6 faiz  artmışdır.  

 

 2016-cı ildə regionlardan vergi daxilolmaları 600,8 milyon manat təşkil etmişdir. Halbuki Dövlət  Proqramının qəbulundan əvvəlki  2003-cü ildə bu rəqəm 37,7 milyon manat idi. Beləliklə, son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artmışdır.  

17 May 2017, 11:44   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]