Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu bankın 9,3 milyon manatlıq binasını sökdürüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bankın 9,3 milyon manatlıq binasını sökdürüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhərinin İcra Hakimiyyəti başçısı (Hacıbala Abutalıbov) tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İran Baku"ya (İran Milli Bankının Bakı filialı) məxsus 9 mln. 295 min 964 manat xalis dəyərində bina sökülüb.

 

Bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.


Sənəddə vurğulanıb ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər:

 

"Buna baxmayaraq, bankın rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcək. Hazırda bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilib. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 mln. 400 min manat təşkil edib. Bina ilkin olaraq bankdan alınmış depozitlər üçün "Royal Bank" tərəfindən girov qoyulub. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə bank tərəfindən əldə edilib, binalar və avadanlıqlar kimi tanınıb və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilib".

 

© APA

 

17.05.2017 10:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ