Fed-in iclas proqramı təsdiq olunub

 ABŞ Mərkəzi Bankının (Fed) 2018-ci il üzrə iclas proqramı müəyyənləşdirilib.


 
"Marja" xəbər verir ki, Fed-in internet saytında yayımlanan proqrama əsasən, gələn il də 8 iclas keçiriləcək. Fed-in yeni ildə ilk iclası 30-31 Yanvar tarixlərində keçiriləcək. Digər toplantı tarixləri 20-21 Mart, 1-2 May, 12-13 İyun, 30 İyul -1 Avqust, 25-26 Sentyabr, 7-8 Noyabr və 18-19 Dekabr müəyyən olunub.


 
Fed, Mart, İyun, Sentyabr və Dekabr iclasında iqtisadi proqnozlarını açıqlayacaq. Eyni iclaslarda Sədr Janet Yellen mətbuat konfransı keçirəcək.Adətən mətbuat konfransının nəzərdə tutulduğu iclasda faiz artırılır.


 
2018-ci ilin ilk iclası Yellenin vəzifə müddətində son iclası olacaq. 4 Fevral 2014-cü il tarixində vəzifəsinin icrasına başlayan Yellenin vəzifə müddəti 3 Fevral 2018-ci il tarixində başa çatır.


 
Fed bu il 3 iclas keçirib və ilin sonunadək daha 5 iclas keçirəcək. Fedin 13-14 İyundakı növbəti iclasından sonra mətbuat konfransı da baş tutacaq.


 
Fed, bu il Mart ayındakı toplantıda faizi 25 bənd artırmışdı. Hazırda Fed-in faizləri 0,75-1,00 faiz aralığındadır. Fedin İyun ayı toplantısında faizi 25 bənd artırması ehtimalı 78 faiz səviyyəsindədir.

17 May 2017, 12:24   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin