Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sudan və Anqolanın neft nazirləri Bakıya gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sudan və Anqolanın neft nazirləri Bakıya gəlir

 

Sudanın neft və qaz naziri Məhəmməd Zayed Avad (Mohamed Zayed Awad) və Anqolanın neft naziri Maria Botelyo de Vaskonselosun (Maria Botelho de Vasconcelos) Azərbaycana səfəri planlaşdırılır.

 

Nazirlərin iyunun 1-2-də Bakıda baş tutacaq 24-cü Beynəlxalq Xəzər Neft-Qaz Konfransında ("Caspian Oil and Gas Conference") iştirakı gözlənilir. Hər iki vəzifəli şəxsin konfransda çıxış etməsi də nəzərdə tutulub.

 

Bundan başqa, konfransda Azərbaycanın energetika naziri Natiq Əliyevin, SOCAR prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz, Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Hüseyn Adeli, "Türk Petrolleri AO" (TPAO) şirkətinin baş direktoru Besim Şişman, İordaniya Milli Neft Şirkətini İdarə Heyətinin üzvü Hazem Əl-Ramini və dünya çapında digər neft-qaz şirkətlərinin rəsmiləri iştirak edəcəklər.

Tədbirə həmçinin Rumıniyanın energetika nazirinin müavini Lulian-Robert Tudoraçe (Lulian-Robert Tudorache) də qatılacaq.

 

©APA

17.05.2017 12:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ