"Qaz ehtiyatlarının 6,4%-ni itkilər təşkil edib"
Ehtiyatların 47%-i ölkə daxilində istehlak edilib, 34,9%-i ixrac olunub
Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft emalı məhsullarının istehlakı 1 mln. ton olub və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,5% azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi istehlakın 30,3%-ni mazut yanacağı, 28,1%-ni avtomobil benzini, 26,4%-ni dizel yanacağı, 5,1%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 3,7%-ni maye qaz, 2,8%-ni aviasiya üçün və sair ağ neft, 1,7%-ni neft bitumu, 0,8%-ni sürtkü yağları, 1,1%-ni isə digər neft emalı məhsulları təşkil edib.
Ölkədə 6,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 69,8%-i hasilatın, 25,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 4,8%-i isə idxalın hesabına formalaşıb. Təbii qaz ehtiyatlarının 47%-i ölkə daxilində istehlak edilib, 34,9%-i ixrac olunub, 6,4%-ni itkilər təşkil edib, 11,7%-i isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.
Bu yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 340,2 mln. kVt.saat elektrik və 83,6 min Q.kalori istilik enerjisindən, 54,8 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisindən 37,3%, təbii qazdan 3,4% çox istifadə edilib, elektrik enerjisindən istifadə isə 3% azalıb.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
20 d. əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
30 d. əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 45 d. əvvəl
-
59 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
- 1 saat əvvəl