Ən yuxarı (mobil)-2_30

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı dövlət rüsumları nə qədərdir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı dövlət rüsumları nə qədərdir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət rüsumu və xidmət haqqı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarışların verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, ipotekanın təkrar və əlavə qeydiyyatı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) təqdim edilməsi və digər xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilir.

 

Qeyd edilməlidir ki, dövlət rüsumu və xidmət haqlarının alınması tam olaraq nağdsız həyata keçirilir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumu və xidmət haqları Hökumət Ödəniş Portalı, ödəniş terminalları və ya onlayn əlaqə vasitəsilə ödənilir.

 

Xidmət haqqının alınması zəruriliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməsi və həmin xidmət haqqından daxil olan vəsait hesabına öz fəaliyyətlərini maliyyələşdirməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, qabaqcıl dünya praktikasında daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən qurumların dövlət büdcəsindən asılı olmadan fəaliyyət göstərməsi və daxil olan xidmət haqlarından maliyyələşməsi ənənəsi geniş yayılıb.

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, 26.1.2-ci maddəsinə əsasən texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 manat, 26.4-cü maddəsinə görə isə ipotekanın təkrar və əlavə qeydiyyatı üçün 10 manat məbləğində rüsum ödənilir.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin daha çox istifadə olunan xidmətlərindən biri də daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) verilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi müvafiq qaydalara riayət edilməklə həyata keçirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə dövlət rüsumu 10 manat məbləğində müəyyən olunmuşdur. Komitə tərəfindən daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) verilməsi onlayn qaydada da həyata keçirilir.

 

Eyni zamanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, habelə daşınmaz əmlakın yüklülüyünə dair arayışın verilməsi zamanı daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi tələb olunduğundan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli, 4 nömrəli qərarının II bəndinə uyğun olaraq 20 manat xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur.

 

Ümumiyyətlə, xidmət haqlarının məbləği göstərilən xidmətin növünə görə dəyişir. Xidmət haqları eyni zamanda əmlakın sahəsinə, ölçüsünə, torpaq sahəsinin kateqoriyasına və digər parametrlərə görə fərqlənir. Bununla yanaşı, ərizəçilərin istəyindən asılı olaraq qeydiyyat orqanı tərəfindən göstərilən xidmətlər qanunla müəyyən edilmiş icra müddəti tezləşdirilməklə də yerinə yetirilə bilər. Göstərilən xidmətlər qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə) müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3 əmsalı; 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda isə 1,5 əmsalı tətbiq edilir.

 

Bundan başqa Komitə tərəfindən istifadəyə verilən “Əmlak kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilərlər.

 

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlər elektron üsulla da həyata keçirilir.

17.05.2017 12:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ