Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Festivalın dövriyyəsi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Festivalın dövriyyəsi açıqlandı

10 aprel-10 may tarixlərində Bakıda keçirilən ticarət festivalının iştirakçılarına Vergilər Nazirliyi tərəfindən 1 milyon 533 min manat vəsait qaytarılıb. “Marja” xəbər verir ki, bu barədə “Vergiler” qəzetində dərc olunmuş məlumatda deyilir.

 

Reklam_3_11

“Festival çərçivəsində dövriyyənin ümumi məbləği 15 milyon 471,805 min manat, alıcılara qaytarılmış məbləğ isə 1 milyon 533,005,7 min manat təşkil edib”, - deyə məqalədə bildirilir.

 

Qeyd edək ki, mədəniyyət və turizm naziri festivaldan əvvəl Əbülfəz Qarayev “İlkin hesablamalara görə, iki "Shoping festival"ın keçirilməsi dövlət büdcəsinə təxminən 50 milyon manat məbləğində gəlir gətirə bilər” deyə bildirmişdi.

 

1734 XARİCİ

 

Ticarət festivalı ərzində alınmış mallara görə 172 obyektdə 22,112 min elek­tron vergi hesab-fakturası tərtib edilib, onlardan da 20,853 mini Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab-fakturaların 19,119 mini Azərbaycan vətəndaşları, 1734-ü isə əcnəbilər tərəfindən təqdim olunub.

 

“Mal alarkən ticarət festivalını deyil, “tax free”  sistemini seçmiş əcnəbilərə ümumi məbləği 2 milyon 696 min 087,3 min manat olan 1130 elektron vergi hesab-fakturası təqdim olunub”, - deyə məqalədə qeyd edilir.

17.05.2017 12:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ