Banklarda Dollar ona görə, bahalaşır ki...
Hərraclarda və eləcə də Mərkəzi Bankın rəsmi məzənnələrində manat dollara nisbətən dəyər qazansa da valyuta bazarında ABŞ pulunun bahalaşması müşahidə edilir.
İqtisadçı Vüqar Bayramov bu barədə yazaraq qeyd edib ki, son 10 gündə rəsmi məzənnədə hər 100 dollarda 40 qəpik bahalaşan milli valyutamız bu müddətdə vayuta bazarında 3 manatdan çox ucuzlaşıb. Bu gün banklarda dolların alış kursu 1.70-ə yaxınlaşıb:
“Əslində, bazarda olan vəziyyət hərraclara da öz təsirini göstərməlidir. İqtisadi baxımdan, bazardan baha qiymətə dollar alan banklar hərracda da daha yüksək məzənnə ilə sifariş irəli sürməlidirlər. Aydındır ki, dolların bahalaşması xarici valyutalara tələbin artması ilə bağlıdır. Bazarda tələbin yüksəlməsi isə mövcümü olaraq xarici səfərlərini planlaşdıran vətəndaşlarımızın xarici valyutaya tələbinin yüksəlməsi, büdcə xərcləmələrinin artması və Beynəlxalq Bankın xarici borc öhdəliklərinin restrukturizasiya planının bazara psixoloji təsirləri ilə əlaqədardır. Növbəti dövrdə məzənnənin necə dəyişməsi isə büdcə xərcləmələrinin və eləcə də manat bazasının səviyyəsi və nağdlaşdırmaya tətbiq edilən limitlərdən asılı olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
1 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
1 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
1 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
2 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
3 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 3 saat əvvəl