Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed-in İyunda faiz artıracağı ehtimalı kəskin azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in İyunda faiz artıracağı ehtimalı kəskin azaldı

Donald Trump rəhbərliyində baş vermiş ola biləcək ən dərin böhran olan "Flynn araşdırması" Fed-in İyunda faiz artıracağı ehtimalının düşməsinə səbəb olur.


 
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, qlobal bazarlar Fed-in gələn ay faiz artıracağına hazırda 64 faiz ehtimal verir. Bu nisbət ötən həftə 80 faiz səviyyəsində idi. Fed-in Sentyabr ayında faiz artıracağı ehtimalı da azalır. 

 

PULSUZ SEMİNARA QATIL!


 
14 trilyon dollar dəyərində xəzinə istiqrazları bazarı, ötən həftə FBI direktoru James Comey-in vəzifəsindən azad edilməsini və Donald Trump-ın Rusiya diplomatlarına çox gizli məlumatları göstərməsini normal qarşılamışdı. "Flynn araşdırması" haqqında ortaya çıxan son hadisə, 10 illik istiqrazın faizini 9 bənd aşağı salaraq 2.24%-ə endirib. Göstərici faizlərdə bu azalma, iki ayın ən kəskin azalması oldu və dünya miqyasında maliyyə bazarlarını sarsıtdı.

 

TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !

 

QIZIL BAHALAŞIR, DOLLAR UCUZLAŞIR


Qızıl da ABŞ Prezidenti Donald Trumpın ətrafını bürüyən xaosdan dəstək alır.


 
Qiymətli metal, ABŞ Prezidentinin vəzifəsindən azad etdiyi FBI direktoru James Comey-dən keçmiş Milli Təhlükəsizlik Müşaviri David Flynn-a qarşı istintaqı dayandırmasını istədiyi xəbəri
yayıldıqdan sonra bahalaşır. Dollar, 1970-ci illərdə Riçard Niksonun (Richard Nixon) istefasına səbəb olan hadisələrə bənzədilən bu son hadisələrlə dəyər itirir. Avropa səhmləri də aşağı istiqamətdə hərəkət edib.


 
Analitiklər bildirirlər ki, Prezident Trump bəlkə də vəzifəsi dövrünün ən çətin vaxtını yaşayır. İnvestorlar, məclis araşdırması ehtimalını müzakirə edirlər, çünki açıq bir şəkildə bu vəziyyət etimadı zədələyəcəkdir.


 ƏLA FÜRSƏT:17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ


Bakı vaxtı ilə saat 21:30-a olan məlumata görə, qızıl 1.8 faiz bahalaşaraq unsiyası 1259 dollara qədər qalxıb. Dollar Avro qarşısında daha 0,6% ucuzlaşıb və Avro/Dollar məzənnəsi 1.1152 səviyyəsinə çıxıb


 
Qızıl, Trumpın bir həftə əvvəl FBI direktoru James Comey-i vəzifəsindən azad etməsi və sonra Rusiya ilə çox gizli kəşfiyyat məlumatlarını bölüşdüyünə dair xəbərin çıxmasının ardından yüksəlir. 

 

Comey-in vəzifəsindən azad edilməsinə dair hadisələr, Trump-ın "ədalətə mane olması" ilə ittiham olunması ilə nəticələnə bilər. Bu problemlər, ABŞ rəhbərliyinin diqqətini iqtisadi inkişafı dəstəkləməyə yönələn siyasətlərdən uzaqlaşdıracağı gözləntilərini gücləndirib və "Watergate" qalmaqalından dolayı vəzifəsindən azad olunma həddinə gələn Niksonun vəziyyəti ilə oxşarlıqlar qurulmasına səbəb olub.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

17.05.2017 19:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ