Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Özbəkistanda neft və qaza 30,4 milyard dollarlıq investisiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özbəkistanda neft və qaza 30,4 milyard dollarlıq investisiya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
2021-ci ilə qədər Özbəkistanda neft-qaz sektoruna 30,4 milyard dollarlıq investisiya yatırılacaq.


 
"Marja" xəbər verir ki, Paytaxt Daşkənddə "ITE" şirkəti tərəfindən təşkil olunan, 30-a yaxın ölkədən 178 şirkətin iştirak etdiyi 21-ci Beynəlxalq Neft -Qaz Sərgisi (Global Oil & Gas Uzbekistan) öz işinə başlayıb.

Reklam_3_11


 0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!


Özbəkistanın Baş nazirinin müavini Gulamcan İbrahimov, açılışda etdiyi çıxışında, hökumətin ölkədəki neft -qaz sektorunun inkişaf etdirilməsi və modernləşməsinə çox önəm verdiyinə işarə edərək, ölkənin bütün xarici tərəfdaşlarla əməkdaşlığa və onlar üçün lazımi şərait yaratmağa hazır olduğunu ifadə edib.


 
İbrahimov, neft -qaz sektoruna xarici investorların cəlb edilməsini, sektorun modernləşməni, neft -qaz məhsulları istehsalının və ixracının artırılmasını nəzərdə tutan çoxsaylı investisiya layihəsinin həyata keçirilməyə davam edildiyini vurğulayıb.


 
"Özbekneftgaz"ın sədri Alişer Sultanov, sərgi çərçivəsində keçirilən konfransındakı çıxışında, neft -qaz sektorunda həyata keçirilən investisiya layihələri nəticəsində ölkədə neft -qaz məhsulları istehsalının həcminin, habelə neft-kimya məhsulları növlərinin artacağını bildirib.
 


Sultanov, "Şurtan" Neft Emalı Zavodunda yatırılması planlaşdırılan 1 milyard dollarlıq modernləşmə işləri nəticəsində 2021-ci ildə bu kompleksin istehsal gücünün 4 dəfə artmasının nəzərdə tutulduğunu dilə gətirib.


 
"Özbekneftgaz"dan verilən mətbuat açıqlamasında, 2021-ci ilə qədər ölkədəki neft -qaz sektorunda həyata keçiriləcək 78 layihə üzrə 30,4 milyard dollarlıq sərmayə qoyulmasının planlaşdırdığı qeyd edilib. Neft -qaz sektorunda həyata keçiriləcək layihələrlə 2017-2021-ci illərdə ölkədəki qaz istehsalındakı ümumi artımın 53,5 milyard kubmetr, neft istehsalındakı artımın 1,9 milyon ton olmasının nəzərdə tutulduğu qeyd edilib.

 

MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR


 
Qaz istehsalında dünyada ilk on ölkə arasında yer alan Özbəkistan, illik orta hesabla 60 milyard kubmetr qaz istehsal edir. Son məlumatlara görə, Özbəkistanda olan təbii qaz ehtiyatlarının 1,1 trilyon kubmetr, neft ehtiyatlarının isə 100 milyon ton olduğu bildirilir.

 

AZƏRBAYCAN DA İNVESTİSİYA YATIRACAQ

 

Beynəlxalq sərgi çərçivəsində, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Özbəkneftqaz”ın sədri Alişer Sultanov SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsi ilə bağlı Memorandum imzalayıblar.

 

 Şirkət rəhbərləri, Azərbaycanda və Özbəkistanda yataqların birgə işlənməsi ilə bağlı da müzakirələr aparılıb.

 

BU BANK PUL KÖÇÜRƏNLƏRƏ DANIŞIQ DƏQİQƏLƏRİ HƏDİYYƏ EDİR

18.05.2017 05:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ