Xəzərin statusu ilə bağlı konvensiya imzalana bilər

Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin dövlət başçılarının görüşündə imzalana bilər.

 

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “Kommersant” qəzetinə müsahibəsində deyib.

 

Mayın 17-də Həştərxanda Rusiyanın Xəzər ölkələrindəki səfirlərinin müşavirəsi keçirilib. Tədbirin əsas məqsədi Xəzər ölkələri dövlət başçılarının görüşünə hazırlıq olub. Q.Karasin qeyd edib ki, görüşdə vəziyyət hərtərəfli təhlil edilib. “Yekun nəticə konvensiya üzərində işi başa çatdırmaq və Qazaxıstanın keçirmək istədiyi beşinci Xəzər sammitində imzalamaqdır”, - deyə o bildirib.

 

Nazir müavininin sözlərinə görə, sammitin keçirilmə vaxtı hələ müəyyən edilməyib: “Müddəaların çox hissəsinin razılaşdırıldığı gələcək konvensiyada bütün sahilyanı ölkələrin tələbləri harmonik şəkildə balanlaşdırılıb, onlardan heç birinin milli maraqları diqqətdən kənarda qalmır. Konvensiya Xəzərdə təhlükəsizlik zonasının saxlanmasına, mehriban qonşuluğa zəmanət verir, iqtisadiyyat, energetika, nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin inkişafı üçün münbit şərait yaradır, gəmiçilik və təbiətdən istifadə, habelə balıqçılıq və bioresurs ehtiyatlarının birgə idarə edilməsi, elmi tədqiqatların aparılması üçün aydın rejimləri təmin edir”.

 

Q.Karasin əlavə edib ki, danışıqlarda sualtı boru kəmərlərinin hamı üçün münasib formulu işlənir. Bu, 5 neft və qaz hasilatçısı olan ölkələrin həm vacib iqtisadi tələblərini, həm də Xəzərdə borular vasitəsilə karbohidrogen resurslarının nəqlindən ətraf mühitə dəyə biləcək mümkün ziyana görə ümumi narahatlıqları nəzərə alır.

 

© Azərtac

18 May 2017 , 08:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin