Türk Lirəsi ucuzlaşır

Dollar/TL ABŞ-da baş verən siyasi proseslər və azalan risk iştahanın təsirilə yenidən 3.60-ı test edib

 

Türk Lirəsi bu gün bir çox inkişaf edən ölkə pul vahidinə paralel olaraq Dollar qarşısında dəyərdən düşüb.

 

"Marja" xəbər verir ki, Dollar/TL məzənnəsi 3.6019-a qədər yüksəlib. Türk Lirəsi Meksika pesosundan sonra ən çox dəyər itirən 2-ci pul vahidi olub.


 VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!


ABŞ Prezidenti Donald Trumpın keçmiş FBI Direktoru Ceyms Comey-dən keçmiş Milli Təhlükəsizlik Müşaviri Maykl Flynn haqqındakı istintaqı dayandırmağı istədiyi iddiası investorlarda Trump hökumətilə bağlı narahatlıqlara səbəb olub. Trumpın prezidentliyi buraxmaq məcburiyyətində qalacağına dair fərziyyə də bazarlarda riskdən qaçmağa səbəb olur.


 
Flynn-Rusiya-FBİ qalmaqalına dair məlumatların ABŞ Prezidenti Trump tərəfindən təsdiqlənməsindən sonra Trumpa qarşı müxalifət artır. Populyarlığı 39%-ə düşən Trumpın qarşıdakı dövrdə vergi islahatı kimi qanunları Konqresdən keçirməsi çətin ola bilər. Son xaos ilə əlaqədar olaraq Fed-in faiz artıracağı ehtimalı da aşağı düşür, bununla əlaqədar olaraq Dollar ucuzlaşır, qızıl, Avro, Yen və Funt-sterlinqin dəyər qazanır.

 

TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !
 
 

18 May 2017, 10:46   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]