Sabaha olan hava proqnozu açıqlanıb

 

 

Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 21-26° isti, Bakıda gecə  13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-85 %, gündüz 50-55% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 11-16° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

18 May 2017, 11:47   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]