Azərbaycanda sement istehsalı 24% artıb
2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 142,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 44,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 744 min ton sement (artım 23,6%), 7,386 min ton tikinti əhəngi (artım 0,8%), 171,4 min ton hazır beton qarışığı (artım 39%), 57 min kubmetr beton konstruksiya (artım 4 dəfə), 75 min kubmetr tikinti kərpici (artım 29,1%), 2 min 547,4 ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 2,8 dəfə), 29 min 497,7 ton sement, süni daş və betondan tikinti blokları və kərpic (artım 7,1%) istehsal olunub.
Bu ilin yanvar-aprel aylarında tikinti gipsinin istehsalında 20,2% - 34,9 min tonadək asfalt istehsalında 75,2% - 45,2 min tondək azalma qeydə alınıb.
©“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
5 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 5 saat əvvəl
-
6 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 6 saat əvvəl
-
8 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
9 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir