Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“SOCAR Trading” Polşaya maye qaz tədarük edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR Trading” Polşaya maye qaz tədarük edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SOCAR Trading” şirkəti (SOCAR-ın ticarət törəməsi) Polşaya neft və maye qaz tədarükünü həyata keçirəcək. Bu barədə yerli mətbuat Azərbaycanın Polşadakı səfirliyinin məlumatına istinadən bildirir.

 

Reklam_3_11

“SOCAR Trading” ilə Polşanın neft şirkəti olan “Lotos” arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıqlar əldə edilib”, - deyə məlumatda deyilir.

 

Bu razılıq 18-21 dekabr tarixlərində Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində iki şirkətin nümayəndələrinin görüşü zamanı əldə olunub.

 

Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfinən həmsədri energetika naziri Natiq Əliyev Azərbaycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələrin olduqca çox olduğunu bildirib.

 

© İnterfaks - Azərbaycan

22.12.2016 12:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ