Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana konservləşdirilmiş şaftalı idxal etmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana konservləşdirilmiş şaftalı idxal etmək istəyir

Yunanıstan və Rumıniya şirkətləri emal olunmuş meyvə və tərəvəzlərini Azərbaycana ixrac etmək niyyətindədir. Bu məqsədlə keçirilən tədbirdə hər iki ölkənin bu sahə üzrə ixtisaslaşmış şirkətləri məhsullarını təqdim edib.

 

Yunanıstanın “Delcof S.A.” şirkətinin prezidenti Konstantinos Apostolou bildirib ki, məhsullarının Azərbaycana ixrac edilməsində maraqlıdırlar: “İstehsal etdiyimiz məhsulların böyük hissəsi ixrac edilir. Bizdə olan məlumata görə, Azərbaycan konservləşdirilmiş şaftalı idxal etmir. Bu məhsulu Azərbaycana ixrac etməkdə maraqlıyıq. Bunun üçün görüşlər keçiririk. Ümid edirik ki, yaxın zamanda Azərbaycan bazarına çıxacağıq”.

 

“Romconcerv” təşkilatının üzvlərindən olan “Angelis SRL” şirkətinin rəhbəri Liviu Çiçiok istehsal etdikləri məhsullar barədə məlumat verərək qeyd edib ki, Rumıniya Avropa İttifaqında meyvə və tərəvəzin həcminə görə beşinci istehsalçıdır və onların emalı son dərəcə inkişaf edib: “Ümid edirik ki, geniş çeşidli məhsullarımızla Azərbaycan bazarına çıxacağıq”.

 

Qeyd edək ki, “Delcof” yunan meyvə konservi zavodlarının şəbəkəsi olaraq fəaliyyət göstərir.

 

“Romconcerv” meyvə və tərəvəzlərin emalı sənayesində fəaliyyət göstərən bütün şirkətləri birləşdirən yeganə Rumıniya təşkilatıdır.

 

© Report

18.05.2017 14:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ