Mobil manşet üstü reklam_21

Azərbaycan tütününə alıcı tapılmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan tütününə alıcı tapılmır

Zaqatalada fəaliyyət göstərən tütün emalı zavodu məhsulunu sata bilmir.

 

Reklam_3_11

Zavodun direktoru Fazil Rüstəmovun verdiyi məlumata görə, hər il zavoda 1 000-1 500 ton tütün gətirilir. Emal üçün zavoda gətirilən tütün Şəki, Qax və Zaqatalada əkilir. Əkilən tütün sortu isə ABŞ-ın Virciniya adlı növüdür.

 

F.Rüstəmov bildirib ki, il ərzində zavodda 1000 ton məhsul istehsal edilir. Emal edilən tütünün 300-400 tonu Rusiyaya,  cəmi 20-30 tonu isə Belarusiyaya satılır. Qonşu Gürcüstan isə 15 ton tütün alır.

 

Zavod rəhbəri yerli bazara isə ancaq xam tütünün satıldığını bildirdi. Satılmayan tütün anbarlarda yığılıb qalır.

 

F.Rüstəmovun sözlərinə görə, mövsümdə zavodda 60 nəfər, qeyri-mövsüm müddətində isə  20 nəfər işləyir. Hazırda zavodda tütün emalı dayanıb. Çünki zavod aprel- may aylarına kimi işləyir. 

 

© Fins

18.05.2017 14:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ