Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İpoteka kreditləri əsasən aylıq gəliri 1 min manatdan çox olanlara verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka kreditləri əsasən aylıq gəliri 1 min manatdan çox olanlara verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkədə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka alanların əksəriyyətini aylıq gəliri 1 000 manatdan çox olanlar təşkil edir. Cari il aprelin 1-nə əsasən borcalanların 52,1%-nin aylıq gəliri 1 000 manatdan çoxdur.

 

Bu barədə Azərbaycan İpoteka Fonduna istinadən xəbər verir.

 

Hesabata əsasən, aylıq gəliri 750-1 000 manat olanlar cəmi borclanların 24,1%-ni, 500-750 manat aylıq gəliri olanlar borcalanların 19,7%-ni əhatə edir. Aylıq gəliri 500 manatadək olanlar isə cəmi borclanların 4,2%-ni təşkil edir.

 

25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR

 

Cari il aprelin 1-nə əsasən, AİF xətti ilə ipoteka alanların 68%-i evli, 32%-i subay, 83%-i kişi və 17%-i qadınlardır.

 

Hesabata əsasən, ipoteka predmeti cəmi 8,6% halda fərdi mənzil, qalan hallarda isə çoxmənzilli binada fərdi mənzil olub.

 

"Azərbaycan İpoteka Fondu" ASC (AİF) xətti ilə cari il aprelin 1-nə qədər 18 758 ipoteka krediti verilib. Bu kreditlərin ümumi məbləği 778 956 830 manat olub.

 

DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR

 

AİF portfelində ipoteka predmetinin dəyər bölgüsünə əsasən, daha çox dəyəri 30-60 min manat olan mənzillər (50,2%) üstünlük təşkil edib. Portfeldə ən az xüsusi çəkisi olan ipoteka predmeti isə dəyəri 120 min manatdan artıq olanlardır (2,4%). Dəyəri 30 min manatdan az olanlar cəmi portfelin 2,6%-ni tutub.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 514,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, tikinti, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

 

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

 

© Report

18.05.2017 15:20

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ