Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bazarlara qorxu geri qayıtdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarlara qorxu geri qayıtdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın siyasi səhnəsində baş verənlər bazarlarda oynaqlığı yenidən artırıb


 
"Marja" xəbər verir ki, ABŞ-dan gələn xəbər axını qlobal bazarlarda oynaqlığın yenidən yüksəlməsinə səbəb olub. Bu ay 1993-cü ildən bu yana ən aşağı səviyyəyə düşən və qorxu indeksi kimi də tanınan VIX indeksi Trump ilə bağlı iddialardan sonra bir gündə 46 faiz yüksəlib.
 

Reklam_3_11

 ABŞ Prezidenti Donald Trump haqqında əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla gizli məlumatları bölüşdüyü, sonra da Keçmiş Milli Təhlükəsizlik Müşaviri Maykl Flynn haqqındakı istintaqın dayandırılması tələb etdiyi iddiaları ilə qlobal bazarlarda risk iştahı düşüb və oynaqlıq artıb. Qorxu indeksi kimi də tanınan oynaqlıq indeksi VIX son 3 gündə fasiləsiz artarkən, bu artım  50%-ə yaxınlaşıb.

 

 KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT 

 

ABŞ-da son iki gündə baş verən iki mühüm hadisə Prezident Donald Trumpın vəzifəsindən azad edilməsi prosesinin başlanılması çağırışlarının daha yüksək səslə dilə gətirilməsinə səbəb olub.


 
Trump-ın Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi görüşdə onunla bir başqa ölkədən alınmış çox gizli bir kəşfiyyat məlumatını bölüşüb. "Washington Post"un yaydığı xəbərin  ABŞ Prezidenti tərəfindən "Buna haqqım var" deyərək təsdiqlənməsinin ardından, digər bir mühüm xəbər də "New York Times"da dərc olunub.


 
"New York Times", Trump-ın qısa bir müddət əvvəl vəzifəsindən azad etdiyi Federal İstintaq Bürosu (FBI) sədri James Comey-dən, Rusiya ilə əlaqələri səbəbindən qısa müddət əvvəl istefa edən Milli Təhlükəsizlik Müşaviri Maykl Flynn haqqında açılan istintaq işinin bağlanmasını istədiyini yazdı. Ağ Ev, bu iddiaları təkzib etdi.


 
Bu iki xəbərdən sonra  Nümayəndələr Palatasının bəzi üzvləri, impeçment prosesinin başlaması üçün müraciət edəcəklərini açıqladı, ilk dəfə bir Respublikaçı Konqres üzvü də bu ehtimalı gündəmə gətirdi.


 
Nümayəndələr Palatasının Respublikaçı üzvü Castin Amash, "New York Times"ın xəbərinin doğru çıxması halında Trumpın Comeyden istintaqı dayandırmasını istəməsinin impeçment prosesinin başlanılması üçün lazımi baza yaratdığını bildirib.


 
ABŞ tarixində impeçment prosesinin baş verməsi ilk deyil ancaq vəzifəsindən azad edilən Prezident olmayb. İndi ağıllarda Trumpın ABŞ tarixində bir ilk olub olmayacağı sualı var.

 

Xəyanət, rüşvət və cinayət törətmək ABŞ preidentinin vəzifəsindən azad edilməsinə səbəb olan 3 maddədir. 

 

AŞAĞI FAİZLƏ, 24 AY MÜDDƏTİNƏ KREDİT!

19.05.2017 05:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ