Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bir gündə 35 milyard dollar itirdilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir gündə 35 milyard dollar itirdilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən varlı 500 iş adamı, ABŞ Prezidenti Donald Trump ilə bağlı iddiaların bazarları sarstmasından sonra bir gündə 35 milyard dollar itiriblər.


 
"Marja" xəbər verir ki, "Bloomberg Milyarderlər İndeksi"nə görə 86,8 milyard dollarlıq sərvəti olan Bill Gates, Microsoft-un səhmlərinin 2,8% ucuzlaşması ilə 1 milyard dollar itirib. Amazon-un rəhbəri Jeff Bezos üçün isə itki daha çox olub. Amazon-un səhmləri 2,2 faiz geriləyərkən Bezos 1,7 milyard dollar itirib.

Reklam_3_11


 
İspaniyanın pərakəndə satıcısı Amancio Ortega-nın itkisi isə 355 milyon dollar olub. Ortega beləliklə, milyarderlər indeksində 83,2 milyard dollarla ikinci sırada yer alıb.


 
Günün ən böyük itirəni isə 2 milyard dollarlıq itki ilə Facebook-un gənc müdiri Mark Zuckerberg olub. ABŞ-ın qlobal bazarları sarsıdan gündə Facebook səhmləri 3,3 faiz enib. Bloomberg-in indeksinə görə Zuckerberg dünyanın ən varlı beşinci adamıdır.


 
 ABŞ Prezidenti Donald Trump haqqında əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla gizli məlumatlar bölüşdüyü, sonra da Keçmiş Milli Təhlükəsizlik Müşaviri Maykl Flynn haqqındakı istintaqın dayandırılmasını tələb etdiyi iddiaları ilə qlobal bazarlarda risk iştahı düşmüş, səhm bazarı da kəskin azalmalara sahnə olmuşdu. MSCI Ölkələr Dünya İndeksi 1,2 faiz geriləmə qeyd edərkən, ən çox bank səhmlərində mənfi təsir görülmüşdür.

19.05.2017 05:11

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ