Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstan taxıl biçinində Azərbaycandan kömək istədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan taxıl biçinində Azərbaycandan kömək istədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 18-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində iştirak edən Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Georgi Çxeidze ilə görüşüb.

 

Nazirlikdən bildiriblər ki, İlham Quliyev Azərbaycan ilə Gürcüstan arasında siyasi, həmçinin kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu, tarixən dost və qonşu olan iki ölkə arasında bu münasibətlərin bu gün də uğurla davam etdiyini vurğulayıb.

 

Georgi Çxeidze keçən il taxıl yığımında Azərbaycanın kombaynlarla Gürcüstana göstərdiyi dəstəyə görə Gürcüstan hökuməti adından Azərbaycan hökumətinə və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlıq edib. O, bu il də taxıl biçinində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taxılyığan kombaynların Gürcüstan ərazisinə dislokasiyasına dəstək veriləcəyinə ümidvar olduğunu bildirib.

 

Nazir müavini İlham Quliyev Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə qanunvericiliyə uyğun olaraq baxılacağını və müvafiq köməklik göstəriləcəyini söyləyib.

Daha sonra nümayəndə heyəti ”Aqrolizinq” ASC-də olub və Səhmdar cəmiyyətin rəhbərliyi ilə müzakirələr aparılıb.

19.05.2017 05:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ