Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avrasiya Birjaları Federasiyası İrəvana köçür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avrasiya Birjaları Federasiyası İrəvana köçür

İstanbul maliyyə mərkəzi layihəsi çərçivəsində, maliyyə qurumlarının Türkiyəyə gəlməsi üçün addımlar atılarkən, kapital bazarları baxımından əhəmiyyətli bir qurumdan əks istiqamətdə qərar çıxıb. 


1995-ci ildə İstanbulda yaradılan və 22 ildir Türkiyədə fəaliyyət göstərən, Bakı Fond Birjasının (BFB) da üzv oduğu Avrasiya Birjaları Federasiyası (Federation Euroasia sec- FEAS), mərkəzi ofisini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, FEAS sədri və Misir Birjasının sədri Məhəmməd Omran, üzvlərinə göndərdiyi e-poçt ilə FEAS-ın, 16 Mayda Tehranda keçirilən Növbədənkənar Ümumi yığıncağında, səsçoxluğu ilə Federasiyanın mərkəzinin İstanbuldan İrəvana köçürmək qərar verildiyini bildirib.


 
 TÜRKİYƏ ÜZVLÜKDƏN ÇIXIB


 
Omran, Birja İstanbul və Birja İstanbulun səhmdarı olduğu Sarayevo Birjasının FEAS-dan çıxmasının ardından yerlərinə Kipr Birjası və İran Fara Birjasının gəldiyini qeyd edib. Türkiyə FEAS-ın qurucu üzvləri arasında yer alırdı və təşkilatın mərkəzi ofisi Birja İstanbulub binasında idi. Birjaya yaxın mənbələr, Asiya, Balkan ölkələri, Şimali Afrika və Yaxın Şərq ölkələrinin üzvü olduğu FEAS-ın əhəmiyyətli bir şəbəkə olduğunu, Türkiyənin yaratdığı bu təşkilatın mərkəzinin Ermənistana köçürülməsinin sektor üçün bəxtsizlik olduğunu bildirir.


 
 ƏMƏKDAŞLIQ ÜÇÜN QURULMUŞDU


 
Ölkə birjaları arasında regional əməkdaşlıq əlaqələrini artırmaq məqsədilə yaradılan FEAS çərçivəsində mühüm müqavilələrə imza atılmışdı.


 
22 İLDİR TÜRKİYƏDƏN FƏALİYYƏT GÖSTƏRİRDİ


 
1995-ci ildə İstanbulda qurulan və 22 ildir Türkiyədən fəaliyyət göstərən FEAS-a Asiya, Balkan ölkələri, Şimali Afrika və Yaxın Şərqdən 33 ölkənin birjaları üzvdür. Bununla yanaşı, FEAS-ın 11 birja olmayan üzvü, 3 müşahidəçi üzvü və 4 də mübadilə təşkilatı üzvü var. Bakı Fond Birjası da 2001-ci ildən etibarən Avro-Asiya Fond Birjaları Federasiyasının (FEAS) üzvüdür.

19.05.2017 06:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ